Vergilərdən büdcəyə 7,3 milyard manat köçürülüb - RƏSMİ

Vergilərdən büdcəyə 7,3 milyard manat köçürülüb - RƏSMİ

Hazırda oxunan: Vergilərdən büdcəyə 7,3 milyard manat köçürülüb - RƏSMİ

45760

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 7 milyard 362,4 mln. milyon manat vergi daxil olub, proqnoza 122,4% əməl edilib.

Bizim.Media xəbər verir ki, bu barədə DVX məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,8% və ya 1 mlrd. manatdan çox artıb.

Cari ilin 10 ayında qeyri-neft sektorundan daxilolmalar 5 milyard 379,6 mln. manat olub, proqnoza 115,9% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 736,5 mln. manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 12,9% və ya 616,5 mln. manat artıb.

Qeyri-neft sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4% artaraq 4,88 milyard 88,6 milyon manat təşkil edib.

Regionlar üzrə daxilolmalar 788,8 mln. manat olmaqla proqnoz 114,6% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 8,3% artıb. Ödənilmiş vergilərin 73,1%-i qeyri-neft sektorunun, 26,9%-i isə neft-qaz sektorunun payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO