“Azərbaycan iqtisadiyyatı 2021-ci ildə sürətli iqtisadi artım mərhələsinə qədəm qoyur. 2022-ci il dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən böyük büdcədir. Bu ilin sonuna qədər ümumdaxili məhsulun təxminən 5,1 faiz artmasını planlaşdırırıq ki, bu, kifayət qədər ciddi rəqəmdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili “Hədəf” proqramında 2022-ci ilin dövlət büdcəsinin makro parametrləri, gəlir və xərclərindən danışarkən qeyd edib.
Onun sözlərinə görə qeyri neft sektorunun artım tempi ilin sonuna qədər 6 faizə çatacaq:
“Bundan əlavə vrgi daxilolmaları üzrə 1,2 milyarddan çox, gömrük daxilolmaları üzrə isə 300 milyon manatdan çox əlavə vəsaitin daxil olması planlaşdırılır ki, Azərbaycanda bu günkü makroiqtisadi çərçivə, iqtsadiyyatın inkişaf templəri daha böyük büdcə qəbuletmə imkanı yaradır. Təsadüfi deyil ki, büdcə xərcləri Azərbaycanda 2022-ci ildə 30 milyard manata yaxın çatacaq. Makroiqtisadi çərçivənin sabitliyi də artıq təmin olunub. Çünki manatın məzənnəsi sabitdir. Biz 2022-ci ildə də Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 manat olmaqla planlaşdırırıq”.
Növbəti ildə inflasiyasının bu ilkinə nisbətdə daha aşağı olacağını vurğulayan deputat növbti ildə əhalinin real gəlirlərinin xərclərindən daha çox olacağını bildirib:
“Bu baxımdan büdcə xərclərinin artımı vətən qarşısında duram mühüm hədəfləri dəstəkləmək baxımından da böyük əhəmiyyət kəsb edir. Dövlətin hədəfləri ölkə prezidenti tərəfindən qəbul olunmuş sosial iqtisadi inkişafa dair milli prioritetlərdə açıq formada göstərilib və 5 hədəf müəyyən olunub. Bu hədəflərə uyğunluğu, büdcənin bu istiqamətdə dəstəklənməsi imkanları, inzibatçılığı, şəffaflığı və hesabatlılığının təmin olunması ilə bağlı Milli Məclisin iclasında kifayət qədər geniş müzakirələr aparılıb”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:50 / 11.11.2021
Gələn il əhalinin gəlirləri xərclərindən daha çox OLACAQ – TAHİR MİRKİŞİLİ - VİDEO
Hazırda oxunan: Gələn il əhalinin gəlirləri xərclərindən daha çox OLACAQ – TAHİR MİRKİŞİLİ - VİDEO
Hazırda oxunan: Gələn il əhalinin gəlirləri xərclərindən daha çox OLACAQ – TAHİR MİRKİŞİLİ - VİDEO
45606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.