Valyuta ehtiyatlarımız 35 faiz artıb – Dövlət Neft Fondu

Valyuta ehtiyatlarımız 35 faiz artıb – Dövlət Neft Fondu

Hazırda oxunan: Valyuta ehtiyatlarımız 35 faiz artıb – Dövlət Neft Fondu

45512

Son beş ildə (2016-2020-ci illər) Azərbaycanın strateji valyuta ehtiyatları 12,8 milyard dollar artıb ki, bu da 34,5% deməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət Neft Fondunun  2020-ci il üzrə hesabatında yer alıb.

Hesabata görə, 2016-cı ildə ölkənin strateji valyuta ehtiyatları 37,1 mlrd. dollar təşkil edirdisə, 2020-ci ildə onların həcmi 49,9 mlrd. dollaradək artıb.

Dövr ərzində ARDNF-in aktivləri 33,2 mlrd. dollardan 43,6 mlrd. dollara yüksəlib (31,3% artım). Mərkəzi Bankın valyuta ehtiyatları isə 4 mlrd. dollardan 6,4 mlrd. dollaradək artıb (60% artım).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO