Azərbaycanda siqaret və spirtli içkilərin rüsumları artırıla bilər – TƏKLİF

Azərbaycanda siqaret və spirtli içkilərin rüsumları artırıla bilər – TƏKLİF

Hazırda oxunan: Azərbaycanda siqaret və spirtli içkilərin rüsumları artırıla bilər – TƏKLİF

45428

“Azərbaycanda tütün məmulatları (siqaret) və spirtli içkilər üçün aksiz markalarının dövlət rüsumları digər ölkələrlə müqayisədə təxminən 2 dəfə azdır”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

İçki və siqaretin ərzaq məhsulları sayılmadığını qeyd edən nazir bu sahədə rüsumların artırılması üçün potensial olduğunu diqqətə çatdırıb.
 

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir.


Tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur. Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi isə hər 1 000 ədədə görə 35 manatdan 38,5 manata qaldırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO