Gələn il Azərbaycanda turizmə nə qədər vəsait ayrılacaq?

Gələn il Azərbaycanda turizmə nə qədər vəsait ayrılacaq?

Hazırda oxunan: Gələn il Azərbaycanda turizmə nə qədər vəsait ayrılacaq?

45298

Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması üçün 2022-ci ilin dövlət büdcəsindən 58,6 milyon manat məbləğində vəsait nəzərə alınır.

Bizim.Media xəbər verir ki, bu “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın turizm potensialı Türkiyədə tanıdıldı


Həmin vəsaitdən regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün iki xərc bölməsi üzrə - mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət bölməsinə 2,5 milyon manat, iqtisadi fəaliyyət bölməsinə 56,1 milyon manat, ondan “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12 milyon manat ayrılacaq.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO