Gələn il Azərbaycanda real ÜDM-nin artım proqnozu AÇIQLANDI

Gələn il Azərbaycanda real ÜDM-nin artım proqnozu AÇIQLANDI

Hazırda oxunan: Gələn il Azərbaycanda real ÜDM-nin artım proqnozu AÇIQLANDI

45168

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 3,9 faiz artaraq 86,6 milyard manata çatacaq.

Bizim.Media xəbər verir ki, bu barədə 2022-ci il üçün dövlət büdcəsi layihəsində deyilir.

Eyni zamanda gələn il qeyri-neft ÜDM-in 4,9 faiz, neft ÜDM-in 1,8 faiz artması gözlənilir.
 

Qeyd edək ki, neft qiymətlərinin 50 dollar/barel səviyyəsi nəzərdə tutularaq hazırlanmış makroiqtisadi proqnozlara əsasən, bu ilin sonunda Azərbaycanın ÜDM-si 5,1 faiz, qeyri-neft ÜDM-si 6 faiz, neft ÜDM-si 3,2 faiz artacaq.


Növbəti illərdə iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın əsas strateji prioritetlərindən olacaq. 2022-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 69,7 faiz, neft sektorunun payı 30,3 faiz səviyyəsində proqnozlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO