Qarabağda xərclənən vəsait açıqlandı - MƏBLƏĞ

Qarabağda xərclənən vəsait açıqlandı - MƏBLƏĞ

Hazırda oxunan: Qarabağda xərclənən vəsait açıqlandı - MƏBLƏĞ

44919

Son 1 ildə Azərbaycan hökuməti Ermənistan silahlı qüvvələrinin ölkə ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına 113,7 milyon manat vəsait xərcləyib.

Bizim.Media xəbər verir ki, bunu Baş Nazir, təcavüzün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri Əli Əsədov qurumun növbəti iclasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanla Azərbaycan arasında yeni görüşün ANONSU - DETALLAR


“O cümlədən infrastruktur (yollar, rabitə, su, elektrik və qaz təchizatı) üzrə 27,4 milyon manat, tikinti, təmir və bərpa işlərinə 50,0 milyon manat, Gəncə şəhərində 89 ailəyə çoxmənzilli evlərin alınmasına 6,6 milyon manat, kənd təsərrüfatı üzrə 1,4 milyon manat, sahibkarların dövriyyə vəsaitləri üzrə 4,8 milyon manat, nəqliyyat vasitələri üzrə 0,6 milyon manat, 8 təhsil müəssisəsində tikinti-təmir üzrə ilkin olaraq 7,4 milyon manat və əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyan üzrə təxminən 50 min vətəndaşımızı əhatə edən 12 370 ailəyə maddi yardımlar üzrə 15,5 milyon manat vəsait xərclənib”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO