Bahalaşma PİK həddə çatdı – Azərbaycanda proses nə vaxta kimi davam edəcək?

Bahalaşma PİK həddə çatdı – Azərbaycanda proses nə vaxta kimi davam edəcək?

Hazırda oxunan: Bahalaşma PİK həddə çatdı – Azərbaycanda proses nə vaxta kimi davam edəcək?

44845

Bu il qlobal ərzaq bahalaşması ilə bağlı daha əvvəldən verilən proqnozlar özünü doğrultmaqdadır. Artıq dünyada ərzaq məhsullarının qiymətləri 2011-ci ildən sonrakı dövr üçün rekord əldə edib. 

Məsələnin ən pis tərəfi isə odur ki, bu bahalaşma davam edir və Azərbaycanın da qlobal qiymət artımından yayınması mümkünsüzdür.

Yalnız oktyabr ayında 3 faiz bahalaşma olub. Bu məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) oktyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksində yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların ADLARI açıqlandı


Bahalaşma ilk növbədə bitki yağlarının və dənli bitkilərin qiymətlərinin artması ilə əlaqələndirilir.

Maraqlıdır, bahalaşmanın səbəbi nədir? Dünyanı, o cümlədən Azərbaycanı nə gözləyir?
 

Doğrudanmı növbəti mərhələdə bəzi qurumların dünyada aclığın baş verəcəyi ilə bağlı proqnozları özünü doğruldacaq?


Bizim.Media mövzunu iqtisadçı Pərviz Heydərovla müzakirə edib. 

O, dünyada qiymət artımının baş verəcəyinin bir neçə il öncədən gözlənilən olduğunu deyib: 

“Bahalaşma proqnozlaşdırılan zaman hələ ortada pandemiya amili yox idi. Pandemiya şəraiti isə prosesi sürətləndirdi. Bir çox ölkələrdə iqtisadi fəaliyyət məcburi olaraq məhdudlaşdırıldı”.

İqtisadçı deyir ki, bu ildən dünyada iqtisadi fəaliyyət sahələri bərpa olunsa da, bu start götürən qiymət artımının qarşısını ala bilməyib:

“Karantinlərin birdən-birə aradan götürülməsi təlabatı sıçrayış formasında artırdı. Ona görə təklifin bərpası ilə təlabat artımı arasında balans pozuldu”.

Pərviz Heydərov hesab edir ki, bahalaşma ilin sonunadək davam edəcək: 
 

“Hətta növbəti ilin birinci yarsında belə bu davam edəcək. Hazırkı vəziyyət ciddi bir sıqnaldır. Dünyanın aparıcı ölkələrinin rəhbərləri buna ciddi yanaşmasalar bizi 10 illiyin sonuna qədər daha böhranlı vəziyyət gözləyə bilər”.


Bununla belə eksper düşünür ki, pandemiya amili aradan qalxarsa, ölkələr ortaq məxrəcə gələrək, dünyanı ərzaq məhsulları fəlakətindən xilas edə bilərlər: 

“Hər bir ölkə, o cümlədən də bizim ölkəmiz ərzaq təhlükəsizliyini qurmağa çalışır. Bu isə yaxşı tendensiyadır. Hesab edirəm ki, bizim ərzaq təhlükəsizliyimizin kökündə buğda idxalından asılılığa son qoymaq dayanır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO