Ehtiyac meyarı LƏĞV OLUNSUN – Deputatdan TƏKLİF

Ehtiyac meyarı LƏĞV OLUNSUN – Deputatdan TƏKLİF

Hazırda oxunan: Ehtiyac meyarı LƏĞV OLUNSUN – Deputatdan TƏKLİF

44839

“Gələn ildən ehtiyac meyarı 200 manata çatdırılacaq. Etiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bank manatın möhkəmləməsində maraqlı deyil – Deputat bankın GİZLİ niyyətini AÇIQLADI 


Bu kontekstdən ehtiyac meyarının 170 manatan 200 manatadək yüksəlməsi ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq:

“Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 600 manatdır. Bu il həmin ailə üçün 850 manat (5 nəfər X 170 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 250 manat (850 manat- 600 manat) olur.
 

Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 250 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar 1000 manata yüksəlir (5 nəfər X 200 manat) və nəticədə həmin ailənin aldığı aylıq yardım 250 manat deyil 400 manat (1000 manat- 600 manat) olur”.


Deputat hesab edir ki, 2023-cü ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı:

“Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur. Bu sözügedən proqram çərçivəsində ödənilən yardım məbləğinin daha da artmasına səbəb olar. Qeyd edək ki, gələn il üçün yaşayış minimumu 210 manata olacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO