Neft Fondunun

Neft Fondunun "Şahdəniz"dən gəlirləri 67% ARTDI 

Hazırda oxunan: Neft Fondunun "Şahdəniz"dən gəlirləri 67% ARTDI 

44591

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 461 921 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 67,4% artım deməkdir. 

Bizim.Media xəbər verir ki, bu barədə ARDNF-dən məlumat verilib. 

Bildirilib ki, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2021-01.11.2021 tarixinə) 135 235 min dollar olub, bu da 34% azalma deməkdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qazı hara gedir? – DETALLAR 


Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 129 mln. dollar (01.11.2021 tarixinə) təşkil edib. 

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib. 

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO