Azərbaycanda mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyəcəklər.
Bizim.Media xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Tibbi xidmətlərə görə ƏDV-ni geri almaq mümkün olacaq
Hazırda qüvvədə olan məcəlləyə görə, yalnız vəfat etmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.
Bizim.Media