Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində mikro biznesin yaradılması üçün kənd sakinlərinə dəstək göstəriləcək.
Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Bildirilib ki, bu məqsədlə KOBİA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq edir.
Türkiyənin TRT Haber telekanalı Zəngilanın “ağıllı kəndi”ndən reportaj hazırladı – VİDEO
Əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun sakinlərinə biznes fəaliyyətinə başlanması və məşğulluğun təmin edilməsi üçün dəstək göstəriləcək. Əməkdaşlıq çərçivəsində ilkin mərhələdə 22 nəfər Zəngilan sakini özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik biznes sahələri yaradılacaq.
Sakinlərin avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. sahələrlə məşğul olacağı müəyyənləşdirilib.
Noyabrın 1-dən biznes təlimlərinə başlanılıb. Təlimlərdə iştirakçılar KOBİA-nın təlimçiləri tərəfindən biznes fəaliyyəti üçün zəruri biliklər, dəstək mexanizmləri barədə məlumatlandırılır, onları maraqlandıran suallar cavablandırılır.
Bizim.Media