\

\"Apple Pay\" Azərbaycanda işə salındı – Üstünlükləri nələrdir?

Hazırda oxunan: \"Apple Pay\" Azərbaycanda işə salındı – Üstünlükləri nələrdir?

0:00
0:00
44326

Azərbaycanda "Apple Pay" təmassız ödəniş sistemi işə salınıb.

Bizim.Media-nın məlumatına görə, bir neçə bankın həm debet, həm də kredit kartlarını "Apple Pay" sisteminə bağlamaq mümkündür.

"Apple Pay" "Apple" şirkətinin təqdim etdiyi, mobil telefon vasitəsilə təmassız ödəniş imkanı verən mobil ödəmə sistemidir.

Tətbiqi aktiv etmək üçün iPhone 6 və yuxarı model telefonunuzda olan Wallet proqramına öz kartlarınızı əlavə edib, FaceİD və ya TouchİD imkanını aktiv etmək lazımdır. iPhone 8-ə qədər modellərdə 8 kart, bu modeldən yuxarı modellərdə isə 12 kart əlavə etmək mümkündür. Visa və MasterCard kartlarının hər ikisi dəstəklənir.
 

İstənilən PayPass, PayWave və ya NFC - yəni təmassız dəstəkləyən posterminalda ödəniş edəndə telefonu açmadan terminala yaxınlaşdırırsınız və kartlarınızın siyahısı açılır, istədiyiniz kartı seçib FaceİD və ya TouchİD ilə ödəyirsiniz. 


Ayarlardan aktivləşdirildikdən sonra Apple Watch ilə də ödəniş etmək mümkün olur.

Telefonunuz itsə kartlarınız oğurlanmayacaq. Çünki Apple sistemdə heç bir kart nömrəsi saxlamır. Digər məqam isə sizin simanız və barmaq izimiz olmadan telefonunuz kiliddən açılmayacaq. “Find My” proqramı ilə telefon itirildiyini seçsəniz, bütün kartlar telefondan silinəcək.

Qeyd edək ki, “Apple Pay” 7 ildir dünyada fəaliyyət göstərir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO