Baş bankirdən rəqəmsal manatın yaradılması ilə bağlı AÇIQLAMA

Baş bankirdən rəqəmsal manatın yaradılması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş bankirdən rəqəmsal manatın yaradılması ilə bağlı AÇIQLAMA

0:00
0:00
43790

“Mərkəzi Bankın özünün rəqəmsal valyutasının yaradılması layihəsi üzərində işlər gedir”.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Baş bankir bildirib ki, hazırda rəqəmsal valyutanın mövcud bank sektoruna ciddi təsirləri araşdırılır:

“Biz bu istiqamətdə bir sıra ölkələrlə, onların Mərkəzi Bankları ilə əməkdaşlıq qurmuşuq. Bununla bağlı bir layihə mövcuddur. Biz hiss edirik ki, bu perspektivli istiqamətdir. Hər keçən gün daha çox sayda Mərkəzi Banklar bu istiqamətdə çalışırlar. Bəziləri isə öz konsepsiyalarını yaradıblar. Biz də ilkin addımda bu konsepsiyanı yaratmaq fikrindəyik. Bu, növbəti illərdə planlaşdırdığımız mühüm layihələrdən biridir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO