2022-ci ilin birinci rübündə Azərbaycan bankı MUGANBANK ASC-nin Nur-Sultan şəhərində nümayəndəliyi açılacaq.
Bizim.Media xəbər verir ki, qarşıda duran perspektiv layihələr çərçivəsində MUĞANBANK ASC-nin nümayəndələri - İdarə Heyətinin sədri Elmir Həsənov, Müşahidə Şurası sədrinin müşaviri Müşfiq Əhmədov, icraçı direktor Fuad Müzəffərli və Bank Zəmanətlərinə Texniki Nəzarət Departamentinin rəhbəri Burak Akın Qazaxıstan paytaxtında “KazAvtoYol” ASC-nin İdarə Heyətinin sədri Muratulı Askar ilə görüşüb.
Azərbaycan bankının nümayəndələri yerli yol tikinti şirkətlərinə texniki dəstək göstərməyə, mühəndis məsləhətləri verməyə hazır olduqlarını bildiriblər.
İştirakçılar nəzərdə tutulan planların həyata keçirilməsi üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:00 / 29.10.2021
Azərbaycan bankı Qazaxıstanda nümayəndəliyini açır - FOTO
Hazırda oxunan: Azərbaycan bankı Qazaxıstanda nümayəndəliyini açır - FOTO
Hazırda oxunan: Azərbaycan bankı Qazaxıstanda nümayəndəliyini açır - FOTO
43781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.