“2021-ci ilin yanvar-sentyabr ayları üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,5% artaraq 36,6 mlrd. manat təşkil edib”.
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.
Nazir bu müddətdə qeyri-neft sənayesinin 19,6%, qeyri-neft emal sənayesinin isə 24,7% artdığını bildirib.
Bizim.Media