Zəngəzur dəhlizi 300 milyon insana xidmət edəcək - TƏHLİL

Zəngəzur dəhlizi 300 milyon insana xidmət edəcək - TƏHLİL

Hazırda oxunan: Zəngəzur dəhlizi 300 milyon insana xidmət edəcək - TƏHLİL

43535

İbn Haldun coğrafi mövqenin hər bir xalqın taleyi olduğunu qeyd edib. Ancaq tarixin axışı göstərir ki, uğurlu coğrafi mövqeyə malik olmaq inkişaf üçün yetərli deyil. Yalnız uğurlu lideri olan xalqlar öz coğrafi mövqeyindən düzgün istifadə etməyi bacarır və inkişaf əldə edə bilirlər.

10 noyabr Bəyanatının imzalanmasından heç 100 gün keçməmiş Azərbaycan Prezidenti Horadiz-Ağbənd dəmir yolu xəttinin tikilməsinə start verdi. Ötən gün,Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular. Azərbaycan iqtisadi inkişaf üçün damar sistemi funksiyasını icra edən yol infrastrukturunun qurulması prosessini sürətləndirir.
 

Ümumiyyətlə, bu nəqliyyat sistemi 30 illik fasilədən sonra tək region ölkələri üçün deyil, daha geniş coğrafiyada iqtisadi aktivliyə səbəb olacaq.


Azərbaycan nə əldə edir?

Naxçıvanla birbaşa avtomobil və dəmir yolunun mövcudluğu Muxtar Respublika iqtisadiyyatının bütöv Azərbaycan iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək. Bununla da Naxçıvan 30 illik blokadadan çıxmaqla iqtisadi fəallığını artıracaq.

Naxçıvanla Bakı arasında birbaşa nəqliyyat sisteminin istifadəyə verilməsi buradan ixracı həm sürətləndirəcək, həm də daşıma xərclərini aşağı salacaq ki, bu da son nəticədə istər ölkə, istərsə də ixrac bazarlarında Naxçıvan istehsalı olan məhsulların rəqabət qabiliyyətini artıracaq.

Ermənistanın qazancı olacaqmı?

Sovetlər dönəmində Ermənistanın SSRİ-yə daxil olan ölkələrlə ticarət əlaqələrinin 80 faizi Azərbaycan üzərindən keçən yollar ilə reallaşdırılırdı. Son 30 ildə isə işğal səbəbindən Ermənistan Gürcüstan üzərindən keçən marşrutlar və hava yolu ilə ticarət əlaqələri yaradır.
 

Bu isə məhsulların qiymətlərini yüksəltməklə yanaşı, sürətini də zəiflədird. Ona görə də Zəngəzur dəhlizinin açılması Ermənistana müasir və sürətli nəqliyyat dəhlizlərinə çıxış imkanı verəcək.


Belə ki, Ermənistan eyni anda Azərbaycan, Türkiyə, Rusiya və İranla birbaşa əlaqəyə malik olacaq ki, bu da iqtisadi canlanmaya gətirib çıxaracaq.

Türkiyə və Rusiya bu dəmir yolundan nə qazanacaq?

Zəngəzur dəhlizinin açılması Türkiyə üçün türk dilli ölkələrlə ticarəti genişləndirməyə imkan yaradacaq. Son illər Türkiyə şirkətləri Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi ölkələrə böyük həcmdə investisiyalar yatırıblar və bu ölkələrdə dövlət sifarişi ilə layihələr icra edirlər. Xüsusi olaraq Orta Asiya ölkələrinə tikinti materiallarının ixracını genişləndirirlər. Ona görə də Zəngəzur dəhlizinin işə düşməsi Türkiyənin türkdilli ölkələrə məhsul ixracına müsbət təsir edəcək.
 

Eyni zamanda İğdır və Qars bölgəsinə investisiyaların cəlb edilməsinə müsbət təsir göstərəcək. Bu baxımdan dəmir yolu xəttinin işə düşməsi istehsalın Türkiyənin dərinliklərinə gəlməsinə müsbət təsir edəcək.


Rusiya da bu layihədən gəlir əldə edənlər arasında olacaq. Belə ki, ilk dəfə olaraq Rusiya Ermənistan dəmir yollarının istismarından gəlir əldə edəcək. Eyni zamanda rəsmi Moskva-Ankara arasında siyasi dialoqun genişlənməsi iqtisadi əlaqələrin dərinləşməsinə müsbət təsir edəcək. Bu baxımdan Rusiya Türkiyə bazarına Zəngəzur kolidoru üzrə sürətli çıxış əldə etmiş olacaq.

Başqa kimlər faydalana biləcək?

Ümumiyyətlə, Azərbaycanın təşəbbüsü ilə nəqliyyat kommunikasiyalarının tam şəkildə açılması təkcə region ölkələrinin deyil, ümumilikdə, Yaxın Şərq, Orta Asiya, Çin, Skandinaviya ölkələri, Ukrayna, Belarus və Yaponiyanın da iqtisadi maraqlarına tam cavab verir.

Dəhlizin tam şəkildə işə düşməsi Yaponiya-Rusiya-Azərbaycan-Ermənistan-Türkiyə-Yaxın Şərq nəqliyyat dəhlizinin yaranmasına təsir göstərəcək. Beləliklə, Azərbaycan Prezidentinin daha bir təşəbbüsü 300 milyon insanın yaşadığı böyük bir coğrafiyada xalqların birliyinə və firavan gələcəyinə təminat verir.

Aqil Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO