Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

Hazırda oxunan: Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

43419

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 792 milyon manat və yaxud 1 054 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ilkin proqnozla müqayisədə 6,3% azdır, gələnilki büdcə xərclərinin 6%-i deməkdir.

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 18,55% azalacaq.

Qaytarılacaq borcun 232 milyon manatı daxili dövlət borcu (o cümlədən 225 milyon manatı faiz ödənişləri), 1 560 milyon manatı isə xarici dövlət borcu (o cümlədən 408 milyon manatı faiz ödənişləri) təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO