Fərdi evlərin tikilməsi üçün İPOTEKA kreditləri verilə bilərmi? – Ekspertlərdən AÇIQLAMA

Fərdi evlərin tikilməsi üçün İPOTEKA kreditləri verilə bilərmi? – Ekspertlərdən AÇIQLAMA

Hazırda oxunan: Fərdi evlərin tikilməsi üçün İPOTEKA kreditləri verilə bilərmi? – Ekspertlərdən AÇIQLAMA

43151

Rusiya höküməti fərdi evlərin tikintisi üçün güzəştli ipoteka kreditləri verməyə başlayır. Bu barədə ölkənin baş naziri Mixail Mişustin açıqlama verib. Əvvəllər bu imtiyazlı kreditlər yalnız yeni tikililərdəki mənzillərə şamil edilirdisə, indi bu qanunla illik 7% faizlə fərdi ev tikmək istəyənlər üçün kreditlərin verilməsi həyata keçiriləcək.

Azərbaycanda da bu plan həyata keçirilə bilərmi?  

Ümumiyyətlə, belə bir layihə həyata keçirilsə ölkə və əhalisi nə qazanmış olur? 

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, son zamanlar Azərbaycanda ipoteka kreditlərinin həcmi artıb, amma bu daha çox bina evlərinə aiddir.

Onun sözlərinə görə, fərdi evlərin tikilməsi üçün verilən kreditlərin sayı çox azdır. 

“Əslində, fərdi evlərin tikilməsi üçün ipotekaların verilməsi qanunvericilikdə qadağa yoxdur. Yəni istənilən bank istəsə bu cür evlərin tikilməsi üçün ipoteka krediti ayıra bilər. Sadəcə, bu cür evlərin şəhər kənarında tikilməsi və riskli olduğundan çox zaman banklar bundan qaçırlar. Ona görə bu cür layihəni ölkədə həyata keçirmək üçün stimullaşdırıcı müəyyən dövlət dəstəyi proqlamlarına ehtiyac var. Çünki buna maraq, təlabat yaratmaq üçün ipoteka kreditlərinin mütləq şəkildə faizləri aşağı olmalıdır”. 
 

MÖVZU İLƏ BAĞLI:

İpoteka kreditlərinin sayı və məbləği açıqlandı


Ekspert bunun üçün xüsusi təkliflə də çıxış edib. O, bildirib ki, birinci növbədə şəhərdən kənar, regionlarda dövlət dəstəyi ilə aşağı faizlərlə kreditlərin verilməsinə başlanılmalıdır.

“Belə bir proqram həyata keçirilsə, Bakıya olan böyük köçün də qarşısını alına bilər. Bundan başqa regionda başladılan belə kampaniya orada əlavə iqtisadi fürsətlər, iqtisadi canlanma yarada bilər. Ona görə də belə bir proqramın ilkin mərhələsində regionalarda dövlət dəstəyi ilə ipotekaların verilməsinin daha doğru qərar ola bilər. Bunun üçün xüsusi qanuna da ehtiyac yoxdur, sadəcə olaraq, Nazirlər Kabineti fərdi evlərə aşağı faizlə ipoteka kreditlərinin verilməsi ilə bağlı xüsusi bir qərar verə bilər”.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə fikrincə, bu cür layihənin həyata keçməsi neçə-neçə aztəminatlı ailələrə yaşıl işıq yandıra bilər.
 

“Sözsüz ki, bu çox gözəl təşəbbüsdür. Ancaq bunun ilkin olaraq, Milli Məclisdə deputatlar tərəfindən şərtləndirilməsi daha məqsədəuyğundur. Çünki bu qərar icra orqanı tərəfindən verilməlidir. Amma təkliflər Milli Məclisdən getsə daha yaxşı ola bilər”. 


N.İbrahimli bildirib ki, bu layihə ölkədə sosial məsələlərin həllini daha da  tezləşdirmiş və şəhərkənarı tikilən evlər şəhərin yüklənməsinin də qarşısını almış olar. 

“Aztəminatlı əhali xüsusən də gənc ailələr üçün şəxsi ev almaq çox çətindir. Bu onların ev almasına şərait yaradacaq. Bu həm də şəhərkənarı yerlərdə fərdi evlərin tikilməsini stimullaşdıra bilər. Bundan başqa bu iqtisadiyyatın inkişafına da təkan verər, çünki tikinti sektoru hər zaman iqtidsadiyyatın aparıcı lokomativlərindən biri olub”.

Ekspert deyir ki, bu cür sosial layihələrin həyata keçirilməsi həm də tikinti bazarını canlandıracaq. 

“Bu tikinti malları bazarına, istehsalına, təmir işlərinə təsir edər, yükdaşımaların artması baş verər. Yəni tikintinin özü iqtisadi aktivliyi yaradan bir sahədir”.

Mövzu ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna sorğu ilə müraciət etmişik. Sorğumuza cavab gözləyirik.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO