Avropada təbii qazın qiyməti yenidən yüksəldi

Avropada təbii qazın qiyməti yenidən yüksəldi

Hazırda oxunan: Avropada təbii qazın qiyməti yenidən yüksəldi

0:00
0:00
43137

Londonun ICE birjasında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarını ötüb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, Niderlanddakı TTF habı üzrə qazın noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1109 ABŞ dollarına çatıb.

Gün ərzində qeydə alınmış ən yüksək göstərici isə 1 000 kubmetr üçün 1 139 ABŞ dolları olub.
 

İcmalçıların fikrincə, Avropada qazın qiyməti ilə bağlı müşahidə olunan böhran müxtəlif amillərdən qaynaqlanır. Bunlardan biri Asiyada qaza olan tələbin kəskin sürətdə artmasıdır.


Avropada külək enerjisinin payının azalması da vəziyyətə təsir edən amillər sırasındadır. Qaz bazarındakı yüksək volatilliyin əsas səbəbi isə Avropada qaz anbarlarının doluluq səviyyəsi ilə bağlıdır. Belə ki, oktyabrın ortalarına olan məlumata görə, Avropanın yeraltı anbarlarının doluluq səviyyəsi ötən mövsümlə müqayisədə 71 %  təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO