Azərbaycan valyuta ehtiyatlarını 3 % artırıb - son 1 ildə

Azərbaycan valyuta ehtiyatlarını 3 % artırıb - son 1 ildə

Hazırda oxunan: Azərbaycan valyuta ehtiyatlarını 3 % artırıb - son 1 ildə

42673

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 51 260,2 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bunun 86,3%-i və yaxud 44 226,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7%-i və yaxud 7 033,8 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 700 milyon dollar və yaxud 1,4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 121,5 milyon dollar və yaxud 0,3%, AMB-nin valyuta ehtiyatlarında isə 578,5 milyon dollar və yaxud 9% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 480,2 milyon dollar və yaxud 3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 937,8 milyon dollar və yaxud 2,2%, AMB-nin valyuta ehtiyatları isə 542,4 milyon dollar və yaxud 8,4% artım nümayiş etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO