“Qarabağ və Şərqi Zəngəzurda enerji təsərrüfatı sürətlə qurulur” – Nazirdən AÇIQLAMA

“Qarabağ və Şərqi Zəngəzurda enerji təsərrüfatı sürətlə qurulur” – Nazirdən AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ və Şərqi Zəngəzurda enerji təsərrüfatı sürətlə qurulur” – Nazirdən AÇIQLAMA

42417

"İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə ilk günlərdən xüsusi əhəmiyyət verilir".

Bizim.Media xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, qələbədən dərhal sonra Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20 MVt gücündə dörd su elektrik stansiyasından üçü artıq istismara verilib:

“8 MVt gücə malik “Güləbird”, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik SES-dən başqa, hazırda dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində də müvafiq qurumlarla birgə araşdırmalar aparılır”.

Nazir bildirib ki, 110 kV-luq elektrik şəbəkənin qurulması ilə əlaqədar işlər isə ümumilikdə, 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir:

“Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq 5 yarımstansiya artıq istismara verilib, həmçinin bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına belə bir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın müasir energetika tarixinin əlamətdar hadisələrindəndir. 110/35/10 kV-luq "Qubadlı", "Zəngilan" “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və Daşkəsən yarımstansiyasının yenidənqurulması ilin sonuna qədər başa çatdırılacaqdır, bu yarımstansiyaları ölkənin enerji sistemi ilə əlaqələndirən xətlərin çəkilişi isə davam edir. Laçın rayonunun Qoşasu kəndi ərazisində isə yarımstansiyanın və əlaqələndirici xətlərin layihələndirilməsi işləri görülür”.

P. Şahbazov qeyd edib ki, paylayıcı şəbəkənin qurulması çərçivəsində Şuşa şəhərində 35/10 kV-luq 4 MVA gücündə “Daşaltı” yarımstansiyası tikilərək istismara verilib:

“Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında isə 35/10 kV-luq yarımstansiyalarda bərpa işləri aparılıb. Hazırda Şuşa şəhərində 6 ədəd 35/0,4 kV-luq, Hadrut qəsəbəsində bir ədəd 35/10 kV-luq yarımstansiyaların tikintisi davam etdirilir. Suqovuşan qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün 35 kV-luq xətt çəkilib və 35/10 kV-luq “Suqovuşan” yarımstansiyası inşa edilərək istismara verilib”.

Energetika naziri vurğulayıb ki, ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 km-ə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb:

“Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir. Dövlət başçısının ifadə etdiyi kimi, cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü, əzmkarlığımızı, güclü siyasi iradəmizi göstərir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO