Yanvar-sentyabr aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 647 milyon dollara yaxın olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna Dövlət Statistika Komitəsi yayıb.
Mənbə bildirir ki, 9 ayda Azərbaycan bu ölkədən 327,1 milyon dollarlıq məhsul idxal edib.
Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 319,7 milyon dollar olub.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
Bizim.Media