Şröder qaz böhranına görə Çini suçladı

Şröder qaz böhranına görə Çini suçladı

Hazırda oxunan: Şröder qaz böhranına görə Çini suçladı

41310

“Rusiya həmişə Avropanın etibarlı qaz tədarükçüsü olub”. 

Bizim.Media xəbər verir ki, bunu keçmiş Almaniya kansleri Herard Şröder “Handelsblatt”a müsahibəsində deyib.

O, Moskvanı Avropa Birliyinin düşməni hesab etməməyə çağırıb.

Şröderə görə, qaz qiymətlərinin rekord artımı, ilk növbədə Çində artan tələbatla əlaqədardır. O, bildirib ki, ilin ilk səkkiz ayında Rusiyada qaz hasilatı artıb, lakin tədarükün çox hissəsi ötən qışda istifadə edildiyi üçün ölkə əvvəlcə öz anbarlarını doldurmalı olub.

"50 ildən çoxdur ki, Rusiya, yəni həm də keçmiş Sovet İttifaqı etibarlı bir təchizatçıdır. Soyuq müharibə dövründə də belə olub”- deyən sabiq kansler əlavə edib ki, Rusiya bu il yalnız Almaniyaya ixracatını keçən ilə nisbətən təxminən 40 faiz artırıb. 

O, yaxın aylarda qaz bazarında vəziyyətin sabitləşəcəyinə inandığını bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Almaniya Şəhərlər Birliyi qaz qiymətlərinin artmasına görə hökumətdən istilik üçün subsidiyalar tələb edib. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO