Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” (bundan sonra – Fond) publik hüquqi şəxsin yaradılmasına qərar verilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bu nazirliyin adı DƏYİŞDİRİLDİ – FƏRMAN
Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.
Fərmanla ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.
Bizim.Media