Bu il ərzində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məhv etdiyi Azərbaycan məhsullarının siyahısı təkcə pomidor, alma və gavalı ilə yekunlaşmır.
Bizim.Media xəbər verir ki, Xidmətin bu gün açıqladığı məlumata görə, qurumun Saratov və Samara Bölgələri üzrə Administrasiyası 2021-ci ilin əvvəlindən etibarən dövlət sərhədindəki nəzarət-buraxılış məntəqəsindəki karantin fitosanitar tədbirlərini pozaraq Samara Bölgəsinə idxal edilən 4293 tənzimlənmiş məhsul partiyasını təsbit edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan daha bir bankda kapitalını artırır – RƏSMİ
İl ərzində Azərbaycan, Özbəkistan və Tacikistandan bu ölkəyə ixrac olunmuş 8,8 ton məhsul karantin tələblərinə uyğun olaraq məhv edilib.
Həmin məhsulların arasında gilas, ərik, limon, fıstıq, badam, kişmiş, qoz ləpəsi olub.
Xatirə, Bizim.Media