Ərzaqların bahalaşmasına hazır olmalıyıq – İstehsalçılardan XƏBƏRDARLIQ

Ərzaqların bahalaşmasına hazır olmalıyıq – İstehsalçılardan XƏBƏRDARLIQ

Hazırda oxunan: Ərzaqların bahalaşmasına hazır olmalıyıq – İstehsalçılardan XƏBƏRDARLIQ

41071

“İnsanlar ərzaq qiymətlərinin artmasına alışmalı olacaqlar”.

Bizim.Media xəbər verir ki, bunu məşhur ərzaq şirkəti olan “Kraft Heinz”in rəhbəri Migel Patrisio BBC-yə müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan daha bir bankda kapitalını artırır – RƏSMİ


O, təmsil etdiyi ketçup, pomidor sousu və konservləşdirilmiş lobya hazırlayan qida nəhəngi “Kraft Heinz”in bir neçə ölkədə qiymətləri qaldırdığını açıqlayıb:

"Lazım olduğu zaman bütün dünyada qiymətləri qaldıracağıq".

Migel Patrisio əvvəlki illərdən fərqli olaraq inflyasiyanın bütün sahələrdə baş verdiyini deyib. Onun fikrincə, istehlakçılar dünya əhalisinin artması fonunda məhsul yetişdirmək üçün lazım olan torpaqların genişlənmədiyini nəzərə alaraq daha yüksək ərzaq qiymətlərinə alışmalıdırlar. 

Kənd təsərrüfatı məhsulları üzrə araşdırma şirkəti olan “ED&F” – nin rəhbəri Kona Haq isə bildirib ki, “Kraft Heinz”, “Nestle” və “PepsiCo” kimi böyük qida istehsalçıları artan xərclərini istehlakçılara ötürmək məcburiyyətində qalacaqlar. 

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı yağların və dənli bitkilərin qlobal qiymətinin 10 ilin ən yüksək səviyyəsinə çatdığını açıqlayıb. 
 

Məlumata görə, bu pandemiya dövründə bir çox ölkələrdə istehsalın azalması ilə əlaqədardır. Qapanmalar bitsə də, istehsalçılar artan tələbi təmin edə bilmirlər. Yüksək əmək haqqı tələbi və enerjinin bahalaşması da istehsalçıların yükünü artırıb.


Əlavə edək ki, Azərbaycanda əhalinin ərzaq tələbatının böyük bir hissəsi idxal olunan məhsullar sayəsində ödənildiyindən qlobal qiymət artımları ölkəmizdə ciddi şəkildə özünü göstərir.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO