Avropa Birliyi qaz çatışmazlığının qarşısını almaq üçün rəsmi Moskva ilə münasibətləri yaxşılaşdırmalıdır.
Bizim.Meda xəbər verir ki, bu cür çağırış Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov tərəfindən səsləndirilib.
O, “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Avropanın qaz bazarında qiymət artımının qarşısını almağa kömək edəcək tədbirlər "gec -tez" reallaşacaq.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin "Qazprom" a daha çox çeviklik nümayiş etdirmək üçün bəzi tövsiyələrini verib və şirkətin də tövsiyyələri dinləyəcəyi gözlənilir.
Çijov Avropanın Rusiyaya rəqib yox, tərəfdaş kimi yanaşmalı olduğunu vurğulayıb. O, rəsmi Moskvanın da qazın qiymətinin artmasında maraqlı olmadığını bildirərək, bunun sabitliyə töhfə vermədiyini diqqətə çatdırıb.
Xatirə, Bizim.Media