Rusiyanın "Lukoil" şirkəti "Şahdəniz" qaz-kondensat yatağında payını artırır.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətdən məlumat yayılıb. Şirkətin Malaziya şirkəti olan "Petronas"-la müqavilə imzalayacağı elan olunub.
Sənəddə "Lukoil"-in Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında "Petronas" şirkətindən 15,5% payının alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri 2,25 mlrd. dollardır. Müqavilənin bağlanması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) razılığı və digər şərtlərin yerinə yetirilməsi gözlənilir.
Xatırladaq ki, "Petronas" şirkəti 15,5 faizlik payını 2014 -cü ildə “Statoil”-dən alıb.
Sövdələşmə bitdikdən sonra "Lukoil"un "Şahdəniz" layihəsindəki payı 10%-dən 25,5%-ə yüksələcək.
Layihədə pay bölgüsü belə olacaq: BP – 28,8%, "Lukoil" – 25,5%, TPAO – 19%, SOCAR – 10%, NICO – 10% və SGC – 6,7%.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:31 / 08.10.2021
"Lukoil" Xəzərdə payını artırdı
Hazırda oxunan: "Lukoil" Xəzərdə payını artırdı
Hazırda oxunan: "Lukoil" Xəzərdə payını artırdı
40718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.