Azərbaycan qazı hara gedir? – DETALLAR 

Azərbaycan qazı hara gedir? – DETALLAR 

Hazırda oxunan: Azərbaycan qazı hara gedir? – DETALLAR 

40691

Məlum olduğu kimi, Avropada təbii qaz böhranı yaranıb. Baxmayaraq ki, iki gün əvvəl 2000 dollara yaxınlaşan qaz qiymətlərində eniş oldu, lakin bu hələ də “qoca qitənin” mavi yanacaq probleminin həlli demək deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Azərbaycandan Avropaya qaz ixracının artırılmasının mümkünlüyü ilə bağlı suala Avropa istehlakçılarından əlavə tələbat olarsa, danışıqlara başlanıla biləcəyini açıqlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir əməkhaqqı ilə bağlı bu qərara DƏYİŞİKLİK ETDİ 


Bəs hazırda Azərbaycan Avropaya nə qədər qaz ixrac edir və əlavə ixrac potensialı nə qədərdir? 

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 986 milyon 278, 16 min dollar dəyərində, 3 milyard 621 milyon 896.03 min kubmetr həcmində qaz ixrac edib.

Avropaya ixrac edilən qazın 836 milyon 241,79 min dollar dəyərində 3 milyard 46 milyon 941,26 min kubmetri İtaliyanın, 127 milyon 571,4 min dollar dəyərində 424 milyon 205,61 min kubmetri Yunanıstanın, 150 milyon 749,16 min kubmetri isə (22 milyon 464, 97 min dollar dəyərində) Bolqarıstanın payına düşüb.
 

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. TAP ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ilin ilin dekabrın 31-də başlanılıb. 


"Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. 

Lakin kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO