Azərbaycanın məhsul ixrac etdiyi ölkələr - STATİSTİKA 

Azərbaycanın məhsul ixrac etdiyi ölkələr - STATİSTİKA 

Hazırda oxunan: Azərbaycanın məhsul ixrac etdiyi ölkələr - STATİSTİKA 

4065

2020-ci ilin on ayı ərzində Azərbaycandan 12,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat yer alıb.

Statistikaya əsasən, bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 550,6 milyon, Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon və Çinə 34,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2020-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor 173 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 158,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (94,7 milyon ABŞ dolları) üçüncü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO