İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO

Hazırda oxunan: İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO

40611

Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib. İclasda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi ətraflı müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İqtisadi Şuranın növbəti iclası keçirildi: Yeni qərarlar qəbul edildi 


İclasda 5 Milli Prioritet iqtiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupların rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib.

İqtisadi Şuranın iclasının oktyabrın 8-də davam etdirilməsi planlaşdırılıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO