2030-cu ilə qədər Azərbaycanın enerji gücü nə qədər artacaq?

2030-cu ilə qədər Azərbaycanın enerji gücü nə qədər artacaq?

Hazırda oxunan: 2030-cu ilə qədər Azərbaycanın enerji gücü nə qədər artacaq?

40539

Ölkəmizdə 2030-cu ilədək ümumilikdə 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Energetika Nazirliyinin 2020-ci ilin yekunları ilə bağlı illik hesabatında yer alıb. 

Qeyd edək ki, 2030 - cu ilədək bərpa olunan enerji mənbələrinin payının ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə 30%-ə çatdırılması nəzərdə tutulur. 

Almaniyanın “VPC” şirkətinin hesablamalarına görə, 30% hədəfinə nail olmaq üçün ümumilikdə 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır. 

Energetika Nazirliyi ümumi gücün 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt olmaqla 3 mərhədə şəbəkəyə inteqrasiyasını məqsədəuyğun hesab edir.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO