Səudiyyə Ərəbistanı neftin qiymətini endirməyə başladı

Səudiyyə Ərəbistanı neftin qiymətini endirməyə başladı

Hazırda oxunan: Səudiyyə Ərəbistanı neftin qiymətini endirməyə başladı

40507

Səudiyyə Ərəbistanı müştəriləri üçün, demək olar ki, bütün növ neft qiymətlərini aşağı salıb.

Bizim.Media xəbər verir ki, Asiya neft bazarlarının 60 faizinin tədarükçüsü Ər-Riyad gələn ay “Arab Light”-ın bir barelini 40 sent aşağı satacaq. “Endirimli” qiymət maksimum yarım il ərzində davam edəcək. 

Eləcə də ölkədən ixrac edilən digər neft növlərinin də bir bareli üçün 10, 20, 40, 50 sentlik endirimin ediləcəyi açıqlanıb.

Qeyd edək ki, ABŞ neftin qiymətinin aşağı salınması üçün Səudiyyə Ərəbistanına müraciət edib. Ağ Evin sözçüsü Cen Psaki daha əvvəl Vaşinqtonun OPEC ölkələri ilə təmasda olduğunu və "neftin dəyərini azaltmaq üçün bütün imkanları nəzərdən keçirdiyini" söyləyib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO