Rəşad Nəbiyev: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə 1,3 milyon ton yük daşınıb”

Rəşad Nəbiyev: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə 1,3 milyon ton yük daşınıb”

Hazırda oxunan: Rəşad Nəbiyev: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə 1,3 milyon ton yük daşınıb”

40475

“Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Bakı-Tbilisi-Qars dəmir yol xətti ilə artıq bu günə qədər 1,3 milyon ton həcmində yük daşınıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən XII Nəqliyyat və Kommunikasiya Şurasında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

Nazir qeyd edib ki, yenilənən dünyanın tələbləri dəyişir:
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi – FOTO 


“Araşdırmalarımız göstərir ki, bu gün müştəriləri maraqlandıran başlıca məqamlardan biri istər Xəzər dənizi üzərindən, istərsə də, Azərbaycandan qatarlar üzərində daşımalarda müntəzəmliliyin təmin edilməsi, tariflərin rəqabətə davamlılığı, hər kəs üçün əlçatan olması, yəni şəffaflığın təmin edilməsidir".

Nazir vurğulayıb ki, digər əhəmiyyətli məqam zaman məsələsidir:

"Burada həmkarlarımla administrativ əngəllərin aradan qaldırılması ilə bağlı müzakirələr apardıq və bunların hər biri müvafiq protokollarda əksini tapdı".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO