Dünya Bankı bu il Ermənistanda 6,3 faiz inflyasiya gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Bankın Avropa və Mərkəzi Asiya ölkələri üçün hesabatında bildirilir.
Hesabatda vurğulanır ki, 2020 -ci ildə ikitərəfli şoklar - pandemiya və Azərbaycanla hərbi qarşıdurma ölkənin iqtisadi enişinə səbəb olub. Ümumi Daxili Məhsul 7,4 faiz azalıb, iqtisadi sahələrdə kəskin daralmalar xüsusilə yoxsulluğun səviyyəsini kəskin artırıb.
Buna görə də ölkədə vergi güzəştləri edilir. 2020 -ci ildə Ermənistanın dövlət borcu ÜDM -in 67 faizinə çatıb.
Münaqişəsinin ardınca isə siyasi qeyri-müəyyənlik dövrü başlanıb ki, bunun da iqtisadiyyata təsirləri özünü göstərib.
2021-ci ilin iyununda keçirilən növbədənkənar seçkilər vəziyyətin sabitləşməsinə kömək edib.
Xatirə Nəsirli, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:40 / 06.10.2021
Müharibə Ermənistan iqtisadiyyatını çökdürüb – Dünya Bankı
Hazırda oxunan: Müharibə Ermənistan iqtisadiyyatını çökdürüb – Dünya Bankı
Hazırda oxunan: Müharibə Ermənistan iqtisadiyyatını çökdürüb – Dünya Bankı
40400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.