“Facebook”un səhmləri yenidən bahalaşdı

“Facebook”un səhmləri yenidən bahalaşdı

Hazırda oxunan: “Facebook”un səhmləri yenidən bahalaşdı

40399

Oktyabrın 4-də baş verən sosial şəbəkə böhranından sonra birja indeksləri kəskin ucuzlaşan texnologiya nəhənglərinin səhmləri iki gün ərzində yenidən bahalaşıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Nyu -York Birjasında aparılan ticarət əməliyyatlarında “Facebook”-un qiymətli kağızlarının dəyəri 2 faizdən çox artıb.

Qiymət artımı dünən axşam saatlarından – yəni qəzadan bir gün sonra vüsət alıb.

Digər texnologiya nəhənglərinin səhmləri də bahalaşıb. “Twitter”-in 2,49 faiz, “Alphabet”-in 1,77 faiz, “Amazon”-un 0,98 faiz, “Apple”-in səhmləri 1,42 faiz bahalaşıb.

Xatırladaq ki, oktyabrın 4-də “WhatsApp” messenceri, habelə “Facebook” və “Instagram” sosial şəbəkələrinin çökməsi ilə əlaqədar təkcə “Facebook”-un kapitallaşması 50 milyard dollar azalmışdı. 

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO