BP: “Azərbaycan hökumətini dəstəkləməkdən məmnunuq” - FOTO

BP: “Azərbaycan hökumətini dəstəkləməkdən məmnunuq” - FOTO

Hazırda oxunan: BP: “Azərbaycan hökumətini dəstəkləməkdən məmnunuq” - FOTO

40362

“Xəzər regionunda 30 ilə yaxın fəaliyyət göstərən bir şirkət kimi, biz Azərbaycan hökumətinin əsas biznes və sənaye istiqamətlərinin texnoloji transformasiyasını sürətləndirmək səylərini dəstəkləməkdən çox məmnunuq”. 

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və bp şirkətinin birgə təşkilatçılığı ilə “Rəqəmsallaşma: Enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda keçirilən onlayn tədbirdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz deyib.

O,  şirkətin Azərbaycanla uğurla əməkdaşlıq etdiyini, ölkənin rəqəmsallaşma sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıb.

Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin rəqəmsallaşma sahəsində qabaqcıl dövlətlər sırasında qərarlaşmasının məqsəd olaraq qoyulduğunu deyib: 

“Müəssisələrdə rəqəmsal əməliyyat modellərinin sürətli tətbiqi, blokçeyn və  əşyaların interneti, süni intellekt və maşın öyrənməsinin daha geniş istifadəsi, məlumat-əsaslı biznesin və idarəetmənin inkişaf etdirilməsi və digər bu kimi trendlər dünyada olduğu kimi, ölkəmizdə də aktualdır.  Bu baxımdan da Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün müvafiq addımlar atılır” – deyə, iqtisadiyyat naziri bildirib.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO