“Facebook”un səhmləri kəskin UCUZLAŞDI  

“Facebook”un səhmləri kəskin UCUZLAŞDI  

Hazırda oxunan: “Facebook”un səhmləri kəskin UCUZLAŞDI  

40162

Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib.

Bizim.Media xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov bununla bağlı “Facebook” hesabında şərh verib.

Deputat qeyd edib ki, NetBlocks şirkətinin hesablamalarına görə, “Facebook”, “Instagram”, “Twitter”, “WhatsApp” və “Facebook Messenger”in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb.  

Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi: 

“NetBlocks şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmasa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. Sadəcə “Facebook”un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq.

Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər. 
 

Qeyd edək ki, NetBlocks şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür. 


Deputat onu da əlavə edib ki, son problemlərdən sonra 159 milyard dollar aktivləri olan “Facebook” şirkətinin səhmləri 5 faizə yaxın ucuzlaşaraq hazırda 326 dollara təklif olunur. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO