Avropanın “istixana”sı çətin durumda – Qoca qitədə ərzaq böhranı var 

Avropanın “istixana”sı çətin durumda – Qoca qitədə ərzaq böhranı var 

Hazırda oxunan: Avropanın “istixana”sı çətin durumda – Qoca qitədə ərzaq böhranı var 

0:00
0:00
40070

Avropada təbii qaz çatışmazlığı ilə bağlı yaranmış böhran diər sahələrə də öz təsirini göstərməkdədir.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qitədə ən böyük istixanalar şəbəkəsinin mövcud olduğu Hollandiyada istixana məhsullarının kəskin qıtlığı yaranıb.

Qeyd edək ki, Hollandiyadakı istixanaların ümumi ölçüsü 10.000 hektardır ki, bu təxminən Paris şəhəri ilə müqayisə edilir.

Ölkədə əsasən pomidor, xiyar, bibər kimi tərəvəzlər, həmçinin xrizantema, lalə və orkideya kimi güllər yetişdirilir. 

Ötən il Hollandiyanın ərzaq ixracının dəyəri 9,2 milyard avroya bərabər olub. Bu göstərici ölkəni Avropanın ikinci ən böyük ərzaq və gül ixracaatçısına çevirib. 

“Bloomberg”-in məlumatına görə, indi Avropanın əsas meyvə və tərəvəz tədarükçüsü enerji təchizatına qənaət etmək məcburiyyətindədir. İstixanalar üçün ildə 3 milyard kubmetrə qədər təbii qaz lazımdır ki, bu da ölkədə ümumi yanacaq istehlakının təxminən 8,2 faizini təşkil edir.

Əlavə edək ki, ekspertlər Azərbaycanın meyvə-tərəvəz ixracının genişlənməsində potensial bazarlardan biri olaraq Avropa bazarını görürlər.

Lakin, məhsullarımızın “qoca qitə”yə çıxarılması üçün onların bir sıra Avropanın standartların uyğunlaşdırılmasına ehtiyac var.

Xatirə, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO