Rusiyanın qarşısında “boyun əymək” yox, “qaz müharibəsinə” başlamaq lazımdır.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Çexiyanın enerji təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Vaclav Bartuşka bu cür çağırış edib.
O, Avropada təbii qazın bahalaşmasının qarşısını almağın yolunu yalnız Rusiyaya qarşı sərt mövqe tutmaqda görür.
Vaclav Bartuşka Avropanın Rusiya üçün ən böyük qaz istehlakçısı və bazarda problem yarada biləcək əsas müştərisi olduğunu söyləyib. Bildirib ki, böhranın əsas səbəbi Avropa Birliyinin yaşıl enerjiyə keçməklə neft və qaz asılılığından qurtulmasını tədarükçü ölkələrin istəməməsidir.
Qeyd edək ki, hazırda London birjasında təbii qazın 1000 kubmetrinin qiyməti 1100 dollar ətrafındadır.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:30 / 02.10.2021
Avropa və Rusiya arasında “qaz müharibəsi” başlana bilər? - ÇAĞIRIŞ
Hazırda oxunan: Avropa və Rusiya arasında “qaz müharibəsi” başlana bilər? - ÇAĞIRIŞ
Hazırda oxunan: Avropa və Rusiya arasında “qaz müharibəsi” başlana bilər? - ÇAĞIRIŞ
0:00
0:00
39829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.