"İş yerləri yaradılmalı, işsizlik səviyyəsi azaldılmalıdır" - ƏHALİ İLƏ BAĞLI PROQNOZLAR 

Hazırda oxunan: "İş yerləri yaradılmalı, işsizlik səviyyəsi azaldılmalıdır" - ƏHALİ İLƏ BAĞLI PROQNOZLAR 

39762

Azərbaycanda Nazirlər Kabinetinə yeni əhali proqnozları təqdim olunacaq.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib.

BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Çexiyanın "Charles" Universitetinin ekspertlərinin əhali proqnozları ilə bağlı həyata keçirdiyi proqram 2050-ci ilə qədər Azərbaycanda 3 əhali təbəqəsi üzrə - cavanlar, iqtisadi aktiv insanlar və yaşlıları əhatə edir:

“Proqnozlara struktur, əhali sayı, gender nisbəti, respublika üzrə hansı regionda nə qədər əhali olacağı və s. məsələlər daxildir. Bu, çox önəmli məsələdir.

Çünki biz hazırda bilmirik ki, 2030, 2035, 2040, 2050-ci ilə qədər hansı regionda neçə məktəb, neçə xəstəxana, doğum evi lazımdır, pensiyaya nə qədər pul xərclənməlidir, körpələrin doğumuna görə nə qədər pul verilməlidir və s. Bütün bunlar planlaşdırılmış şəkildə aparılsa, daha yaxşı olar”.

O, həmçinin bildirib ki, proqnoza görə, 2050-ci ilə qədər həm cavanların, həm də yaşlıların, yəni istehlakçıların sayı artacaq, iqtisadi fəal təbəqənin üzərinə böyük yük düşəcək:

“Ona görə də yeni iş yerləri yaradılmalı, işsizlik səviyyəsi azaldılmalıdır. Bununla bağlı "Charles" Universiteti ilkin proqnozları bizə təqdim edib, biz isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdik.

Bunu təhlil etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə İşçi Qrupu yaradılıb. Təhlil nəticəsində milli transferlər hazırlamalıyıq.

Bu yaradılandan sonra Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim ediləcək. Düşünürəm ki, ilin sonuna qədər təhlil aparılacaq, gələn ilin ilk 3-4 ayında yekun təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO