"Ölkələrərin xarici borc böhranı yoxsulluğa gətirəcək" - FONDDAN PROQNOZ

Hazırda oxunan: "Ölkələrərin xarici borc böhranı yoxsulluğa gətirəcək" - FONDDAN PROQNOZ

39559

Faiz dərəcələrinin artırılması 2021-ci ilin ortalarından etibarən dünyanın ən yoxsul ölkələrinin yarıdan çoxunun xarici borc böhranı yaşadığı vəziyyəti daha da ağırlaşdıra bilər.

Bizim.Media xəbər verir ki, bunu Dünya Bankının Prezidenti Devid Malpas (David Malpass) Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının rəhbər orqanlarının payız sessiyası ərəfəsində Xartumda çıxışı zamanı deyib.

"2021-ci ilin ortalarından etibarən dünyanın ən kasıb ölkələrinin yarıdan çoxu xarici borc böhranı içərisində və ya təhlükə altındadır. Əmtəə qiymətləri dəyişkən olarsa, faiz dərəcələri yüksələrsə və investorlar inkişaf etməkdə olan bazarlara güvənini itirərsə, bu vəziyyət daha da pisləşə bilər", - bankın rəhbəri bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan yeni iqtisadi böhran ANONSU


D. Malpas edir ki, ilin sonunadək bu vəziyyət yoxsul ölkələrin koronavirusa qarşı peyvəndin alınması imkanlarını, daha sonra isə digər prioritet xərclərini məhdudlaşdıra bilər:

"Dünyanın ən yoxsul ölkələrinin borc yükünü yüngülləşdirmək və onların iqtisadi artımına sərmayə yatırmaq üçün özəl sektor da daxil olmaqla beynəlxalq əməkdaşlığa ehtiyacımız var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO