ABŞ və Avropa Birliyi Çinə qarşı yeni şura yaratdılar

ABŞ və Avropa Birliyi Çinə qarşı yeni şura yaratdılar

Hazırda oxunan: ABŞ və Avropa Birliyi Çinə qarşı yeni şura yaratdılar

0:00
0:00
39481

ABŞ və Avropa Birliyi (AB) arasında yeni iqtisadi şura yaradılıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ştatlar AB ilə Ticarət və Texnologiya Şurasında həm mülki, həm də hərbi sahələrdə istifadə olunan həssas texnologiyalara qoyulan investisiyaların araşdırılması və süni intellektin inkişafı sahəsində əməkdaşlıq edəcək.

İki qitənin yüksək rütbəli rəsmilərinin iştirakı ilə yaradılan “ABŞ-AB Ticarət və Texnologiya Şurası” barədə açıqlamada Şuranın hansısa ölkə ilə rəqabət aparacağı ilə bağlı müddəa yoxdur.

Amma bəyanatda qeyd olunan fikirlərə istinad edən ekspertlər bu Birliyin Çin əleyhinə yönələcəyini gözləyirlər. 

Belə ki, sözügüdən Şuranın açıqlamasında bildirilir:

"Müəssisələrimizi, işçilərimizi, istehlakçılarımızı dünya ticarət sisteminə zərər verən, xüsusən də bazar xarici iqtisadiyyatların yaratdığı ədalətsiz ticarət təcrübələrindən qorumaqla bağlı qərar qəbul etdik".

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO