Rusiyalı nümayəndə Azərbaycan nazirliyində nəyə nəzarət edəcək? – Vahid Əhmədovdan AÇIQLAMA

Rusiyalı nümayəndə Azərbaycan nazirliyində nəyə nəzarət edəcək? – Vahid Əhmədovdan AÇIQLAMA

Hazırda oxunan: Rusiyalı nümayəndə Azərbaycan nazirliyində nəyə nəzarət edəcək? – Vahid Əhmədovdan AÇIQLAMA

38485

2021-ci ilin sonunadək Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyinin açılması planlaşdırılır.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bu barədə bildirib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Azərbaycanda daimi əsasda fəaliyyət göstərəcək və bir sıra səlahiyyətlərə malik olacaq. 

Maraqlıdır, Rusiya ilə ticari dövriyyəmizdə yeni nümayəndəliyin ölkəmizdə açılmasının nə kimi əhəmiyyəti olacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Bizim.Media-ya açıqlamasında yeni nümayəndəliyin ölkəmiz üçün müsbət töhfə verəcəyini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

İranla ticari dövriyyəmizdə kəskin AZALMA baş verdi - SƏBƏB


“Azərbaycan mütəmadi olaraq Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edir və gömrük postlarında müəyyən problemlər də yaranır. Sonradan dövlət qurumları qarışır və müəyyən dialoqlar aparılır. İndi ölkəmizdə Rusiyanın bu sahə üzrə nümayəndəliyi açılırsa, müsbət haldır. Bu, həm də iqtisadi əlaqələrin genişlənməsi üçün əhəmiyyət kəsb edə bilər. Daha çox kənd təsərrüfatı məhsullarının ixracı üçün şərait yarada bilər və bunun müsbət tərəflərinin olacağı istisna olunmur”.

Deputat əlavə edib ki, onsuz da meyvə-tərəvəz ixracı zamanı çətinliklər  yaranır ki, bunları yerində həll etmək mümkün olacaq:

“Bəzən Rusiya özlərinin daxili bazarını qorumaq üçün Azərbaycanda ixrac olunan meyvə-tərəvəzdə müəyyən xəstəliklərin olduğunu deyirlər. Bunlar da bir təzyiq kimi istifadə olunur. Amma Azərbaycandakı nümayəndəliyin fəaliyyəti ilə bu halların da aradan qaldırılacağı təxmin edilir. Yəni, məsələ birbaşa burada həllini tapacaq”.

Qeyd edək ki, hazırda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəlikləri 10 ölkədə fəaliyyət göstərir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO