Köhnə binalardakı mənzillər ucuzlaşdı - SƏBƏBLƏR AÇIQLANDI  

Köhnə binalardakı mənzillər ucuzlaşdı - SƏBƏBLƏR AÇIQLANDI  

Hazırda oxunan: Köhnə binalardakı mənzillər ucuzlaşdı - SƏBƏBLƏR AÇIQLANDI  

37598

Köhnə binalardakı mənzillərin qiyməti ucuzlaşıb. 

Bizim.Media xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, son bir ildə daşınmaz əmlak bazarındakı qiymətlərdə 8,42 faiz artım var. 

Son bir ay ərzində isə köhnə binalardakı mənillərin qiyməti 2,95 faiz azalıb.

Xəzərxəbərə müsahibəsində Nüsrət İbrahimov bildirib ki, köhnə mənzillərin ucuzlaşmasına səbəb ipoteka kreditləşməsi ilə bağlı yaranan çətinliklərdir.

Çünki banklar bu mənzillər üçün kredit ayırmır. Bu səbəbdən də köhnə mənzilləri satan çox olsa da, alıcı azdır. 

Nüsrət İbrahimovun sözlərinə görə, qarşıdakı 1 ildə köhnə binalardakı mənzillərin qiymətində artım gözlənmir, hətta azalma da ola bilər. Lakin yeni mənzillərin bahalaşması qaçılmazdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO