Gələn ilin büdcə gəlirləri – Neftin üzərinə düşən yük azalacaqmı?

Gələn ilin büdcə gəlirləri – Neftin üzərinə düşən yük azalacaqmı?

Hazırda oxunan: Gələn ilin büdcə gəlirləri – Neftin üzərinə düşən yük azalacaqmı?

37540

Gələn il də dövlət büdcəsinin gəlirlərinin yarıdan çox hissəsini neft gəlirləri təşkil edəcək.

Bizim.Media Maliyyə Nazirliyinin ilkin proqnozlarına istinadən xəbər verir ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407,0 milyon manat məbləğində proqnozlaşdırılır. Bu ÜDM-in 32,5 faizini təşkil edəcək.

Gələn il üçün proqnozlaşdırılan gəlirlər 2021-ci ilin təsdiq edilmiş göstəricilərdən 3,8 faiz çoxdur. 

Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. 
 

Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmaların təşkil edəcəyi proqnozlaşdırılır. 


Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını proqnozlaşdırmağa imkan verir.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO