Azərbaycanda unun topdansatış qiyməti ARTDI

Azərbaycanda unun topdansatış qiyməti ARTDI

Hazırda oxunan: Azərbaycanda unun topdansatış qiyməti ARTDI

374522

Azərbaycanda 6 oktyabr tarixindən unun son topdansatış qiymətləri məlum olub.

Bizim.Media xəbər verir ki, qeyd olunan tarixdən etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,20-28,40 manat arasında dəyişir.
 

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl" MMC (26 manat 20 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 40 qəpik).


Beləliklə, bundan əvvəlki göstərici ilə müqayisədə 50 kq-lıq unun aşağı və yuxarı həddinin topdansatış qiyməti 40 qəpik artıb. Buna qədər isə qiymətlər 25,8-28 manat arasında dəyişirdi.

Bu ilin oktyabrın 6-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

“ATS MİLL", "Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,30 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,40 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Taxıl AQRO", “Xırman", “SKY AGRO”, “Avrora" MMC-lər, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI, "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,20 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,30 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,20 manat;

"Gəncə Dəyirman" və "Nural" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,50 manat;

"Hazartürk LTD" və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO