Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra ölkələrdən Azərbaycana quş əti gətirilməsinə məhdudiyyət qoyub.
AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, bu ölkələr Polşa və Pakistandır.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Polşanın bir sıra vilayətlərində quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizootik ocaqlarını aşkarlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bu ölkələrdən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
Həmçinin Pakistan İslam Respublikasının Pəncab (Punjab) regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşadan və Pakistandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bizim.Media