Un istehsalçılarına subsidiya veriləcək

Un istehsalçılarına subsidiya veriləcək

Hazırda oxunan: Un istehsalçılarına subsidiya veriləcək

37127

Son günlər dünyada buğdanın qiymətinin bahalaşması müşahidə edilir. Bu isə cəmiyyətdə un və un məmulatlarının bahalaşacağı barədə narahatlıqlar doğurur. Dünəndən Azərbaycanda bəzi çörək növlərinin qiymətinin artması bu narahatlıqları daha da artırıb.

Bizim.Media xəbər verir ki, ölkədə un istehsalı sahəsində fəaliyyət göstərən fabriklərdən birinin direktoru Arif Həsənov “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda unun bahalaşması gözlənilmir:

“Unun qiyməti qalxmayıb. Un istehsalı ilə bağlı dövlətin subsidiya ayrılması gözlənilir, ona görə də unun qiymətinin qalxması ehtimalı yoxdur. Buğda bahalaşıb. Rusiyada və elə Azərbaycanda da yerli buğda çox bahadır. Unun bahalaşmasının qarşısını almaq üçün dövlət un istehsalını subsidiyalaşdırmağı planlaşdırıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiya ilə əlaqədar buğda təchizatçılarına SUBSİDİYA VERİLƏCƏK


A.Həsənovun sözlərinə görə, dövlətin bu addımı unun bahalaşmasına maneə olacaq:

“Yəqin ki, bu günlərdə bu barədə qərar çıxacaq. Un istehsalına subsidiya verilməlidir. İlin əvvəlində də dövlət un istehsalçılarına subsidiya vermişdi. Sadəcə indi buğda hədsiz bahalaşıb. Ona görə də verilən subsidiyanın miqdarının çox olacağı gözlənilir. Bu isə unun qiymətinin qalxmasının qarşısını alacaq. Dövlət də bu addımı elə bunun üçün atır”.

A.Həsənov bildirib ki, bu yaxınlarda un istehsalçılarına subsidiya verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyində görüş keçirilib:

“Təxminən on gün bundan öncə iqtisadiyyat naziri Mikayil Cabbarov bu məsələ ilə bağlı görüş keçirmişdi və bu görüşdə biz də iştirak etdik. Bundan 4-5 gün əvvəl isə Baş nazirin müavini Şahin Mustafayevin də keçirtdiyi görüşdə olduq. Bu görüşlər hamısı onunla əlaqədar idi ki, dövlət unun qiymətinin qalxmaması üçün subsidiya verməyi planlaşdırır”.
 

“Unun qiyməti qalxmazsa, çörəyin də qiyməti qalxmaz. Hardasa bir-iki istehsalçı qiymət qaldırırsa, bu başqa məsələ. Amma ümumilikdə geniş mənada Azərbaycanda çörəyin qiyməti qalxmayıb”, - deyə A.Həsənov əlavə edib.


​​​​​​​Qeyd edək ki, dünəndən ölkədə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunub. Belə ki, çörək istehsalı ilə məşğul olan firmalardan ikisi çörək növlərindən asılı olaraq qiymətləri 5-10 qəpik civarında artırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO